"Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatı 500 milyon tona çatıb - BP - FOTO
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft və qaz yataqları blokunda neft hasilatı 500 milyon tona çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə AÇG-nin işlənməsi üzrə operator olan BP şirkətindən bildirilib.
Bildirilib ki, 1997-ci ildən bəri AÇG-dən hasil edilən yarımmilyard ton neft, əsasən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac boru kəmərləri ilə Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəql edilmişdir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun qeyd etdiyi kimi, bu mərhələ "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümündə böyük töhfədir:
"Bir operator olaraq ölkə və AÇG-dəki bütün tərəfdaşlar üçün bu mərhələyə gəlib çatmağımızdan qürur duyuruq. Bu nailiyyətə töhfə verən bütün insanları təbrik etmək istərdim və əməliyyat qrupumuza təhlükəsizlik və etibarlı işinə saqiqliyinə görə təşəkkür edirəm".
Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci ildə Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı yeni bir saziş imzalanmışdır.
Layihədə iştirak payı aşağıdakı kimidir: BP (operator) - 30,37 faiz, AzACG (SOCAR) - 25 faiz, Chevron - 9.57 faiz, INPEX - 9.31 faiz, Equinor - 7.27 faiz, ExxonMobil - 6 , 79 faiz, TP - 5.73 faiz, ITOCHU - 3.65 faiz, ONGC Videsh Limited (OVL) - 2.31 faiz.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi