"Azərikimya"nın modernləşdirilməsi yekunlaşır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin tərkibindəki istehsal sahələrinin rekonstruksiyası işlərinin 99,11 faizi başa çatıb.
Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda ilkin sazlama və düzəlişlər üzrə işlər davam etdirilir:
"Tikinti işləri layihənin icra qrafikinə uyğun olaraq 2017-ci ildə başlayıb və 2020-ci ilin üçüncü rübündə başa çatması planlaşdırılır. Layihə çərçivəsində keçirilmiş tikinti və montaj işləri zamanı Sumqayıt və ətraf bölgələrdən 2 mindən çox mütəxəssis işlə təmin edilib. Ümumilikdə işçi qüvvəsinin 94 faizini yerli mütəxəssislər təşkil edir".
İ.Əhmədov bildirib ki, COVID-19 pandemiyası "Azərikimya"da rekonstruksiya və modernləşdirmə layihəsinə də təsir göstərib:
"Bu, ilk növbədə, bu sahədə fiziki işlərin səmərəliliyinə təsir edir. Eyni zamanda, sərhədlərin bağlanması ilə əlaqədar podratçı şirkət və istehsalçıların ilkin sazlama və düzəliş işlərində iştirakını mümkünsüz edir və layihənin icrasını qeyri-müəyyən müddətə ləngidir. Bu çətinliklərə baxmayaraq layihə sona yaxınlaşır".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar