"Azərkosmos" "iSAT Africa" şirkəti ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" Afrika və Yaxın Şərq regionunda korporativ yayım, video və data xidmətləri təmin edən "iSAT Africa" şirkəti ilə əməkdaşlığa başlayıb.
"Azərkosmos"dan Milli.Az-a bildirilib ki, əməkdaşlığa əsasən, "iSAT Africa" şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı "Azerscpace-2" peykinin resursları vasitəsilə təmin edəcək. "iSAT Africa" "Azerspace-2" peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90%-nə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.
"iSAT Africa" şirkəti ilə əməkdaşlığımızı fəal inkişaf etdirmək niyyətindəyik. Bu əməkdaşlıq bizə "Azerspace-2" peykinin imkanlarının Afrikanın ən ucqar ərazilərində də istifadə etməyə fürsət verəcək" - deyə "Azərkosmos"un Baş kommersiya direktoru Mark Qusriye deyib.
"Azərkosmos" ilə tərəfdaşlıq statusumuz hazırki pandemiya dövründə peyk xidmətləri üzrə mürəkkəb layihələrimizi uğurla həyata keçirəcəyimizə zəmanət verir. Biz Afrikanın hər bir nöqtəsindən müraciət edən müştərilərimizə çevik və operativ xidmət təqdim edə biləcəyik", - deyə "iSAT Africa" şirkətinin Biznesin inkişafı üzrə direktoru Stenli Ayittah qeyd edib.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar