"Azərlotereya" 2025-ci ildə 267 böyük uduş təqdim edib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.
Ötən il "Azərlotereya"nın tirajlı lotereya, "Poz-Qazan" və "ePoz-Qazan" oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i "Poz-Qazan", 29-u tirajlı, 66 ədədi isə "ePoz-Qazan" oyunlarının payına düşüb.
2025-ci ilin ən böyük uduşu - 500 000 manat "Prestij"də qazanılıb. Bu, "Poz-Qazan" oyunlarının tarixində ən böyük uduş hesab edilir.
Digər "Poz-Qazan" oyunlarında uduşlar bol olub. 1 biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2 biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.
Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə alınıb. 3 nəfər "Super Keno"dan 100 000, 10 nəfər isə "Beşdə 5" lotereyasından 50 000 manat qazanıb.
"ePoz-Qazan" oyunları da müxtəlif uduşlarla sahiblərini sevindirib. Ən böyük uduşlar isə "Qol Qazan" və "20X"də olub. Ötən il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin "20X"da 3 nəfər 20 qəpiyə 20 000 manat, 1 nəfər isə "100X" oyunundan 36 346 manat qazanıb.
"Azərlotereya"nın təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 5 000-dən 1 milyon manatadək böyük uduşlar, eləcə də "4+4" tirajlı lotereyasında 1 300 000 manatdan çox cekpot sahiblərini gözləyir.
Biletləri "Azərlotereya"  satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, "Araz" və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür. / azxeber.com

İqtisadiyyat       Tarix: 28 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi