"Azərsun Holdinq" gənclər üçün marketinq müsabiqəsi elan edir
"Azərsun Holdinq"in təşəbbüsü ilə Azərbaycanda gənclər arasında keçirilən "Brand Boom" marketinq müsabiqəsi ikinci dəfə təşkil olunur.
azxeber.com xəbər verir ki, "Brand Boom"un əsas məqsədi gənclərdə innovativ düşünmə tərzini formalaşdırmaq, marketinq strategiyalarının hazırlanması və real layihələr üzərində işləmə bacarıqlarını gücləndirməkdir. Ölkədə bu formatda marketinq müsabiqəsi ilk dəfədən böyük maraqla qarşılanıb və geniş iştirakçı auditoriyası toplayıb. Bu səbəblə yenidən təşkil edilir.
"Yaradıcılığın qazandırsın!" şüarı ilə həyata keçirilən "Brand Boom" müsabiqə iştirakçılarına seçilmiş marka üzrə yaradıcı ideyalarını təqdim etmək üçün əlverişli platforma, yaradıcılıq və strateji düşünmə bacarıqlarını kəşf etmək üçün təcrübə, dəyərli hədiyyələr və digər imkanlar təqdim edir.
Bununla bərabər qalib komanda "Azərsun Holdinq"də təcrübə keçmək şansı qazanacaq.
Müsabiqədə iştirak etmək üçün gənclərdən komanda formalaşdırmaq, qeydiyyatdan keçmək və innovativ ideyalarını təqdim etmək tələb olunur.
Son qeydiyyat tarixi: 16.02.2026
"Brand Boom" layihəsi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün brandboom.azersun.com saytına daxil ola bilərsiniz.
Kurslar.az kurslar [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu