Azərsun Holdinq"in "Tullantıları hədiyyələrə dəyiş" ekoloji festivalına dəstək verdi - FOTOLAR
İnsanlarda tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədi ilə təşkil olunan festivalın əsas dəstəkçilərindən biri də "Azərsun Holdinq"dir.
azxeber.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə toplanan plastik, şüşə tullantılar və işlənmiş batareyalar müvafiq emal müəssisələrinə göndərilərək ətraf mühitə zərərin azaldılmasına töhfə verəcək.
Aksiya zamanı iştirakçılar ümumilikdə 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək , müxtəlif hədiyyələr əldə ediblər.
Toplanan tullantılar növlərinə uyğun şəkildə çeşidlənərək yenidən emal prosesinə cəlb edilib.
Festival müddətində tullantıların təkrar emalı, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.
"Azərsun Holdinq" gələcəkdə də ekoloji layihələrdə fəal iştirak edərək dayanıqlı inkişaf, təmiz ətraf mühit və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına töhfə verməyi davam etdirəcək.




Turlar.az [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür