Bağlanan banklara borcu olanlara xəbərdarlıq
Bankın bağlanması və ya lisenziyasının ləğvi həmin bankdan kredit götürən vətəndaşların borcunu avtomatik silmir. Borcalanın ödəniş öhdəliyi qüvvədə qalır.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bankın fəaliyyətini dayandırması kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi demək deyil:
"Bank bağlansa da, vətəndaşın borcu silinmir. Əsas borc, faizlər və kredit müqaviləsinin digər şərtləri qüvvədə qalır. Yəni bankın bağlanması borcalanı ödənişdən azad etmir".
İqtisadçı qeyd edib ki, bankın ləğvi prosesində ləğvedici təyin olunur. Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi çıxış etdiyi banklarda borcalanlardan kredit ödənişlərini toplayır və bankın öhdəliklərinin yerinə yetirilməsi ilə məşğul olur.
X.Kərimli borcalanın vəfat etməsinin də borcun avtomatik silinməsi anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu halda miras və vərəsəlik məsələləri nəzərə alınır:
"Mirası qəbul edib, onunla bağlı borc öhdəliklərindən imtina etmək mümkün deyil. Vərəsə mirasdan imtina edirsə, həmin mirasla bağlı borc öhdəliyini də qəbul etmir".

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı