Bahar Muradova bəzi deputatları tənqid edib: "Deyirdilər kişinin əgər uşağı yoxdursa, ikinci arvad alsın
"Parlamentdə "Reprotuktiv sağlamlıq haqqında" qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi".
Azxeber.com-un xəbərinə görə, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zamanı deyib.
Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: "Parlamentdə "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbuluna qarşı olan kişi deputatlar var idi. Mən o müzakirələrin iştirakçısı olmuşam".
B.Muradova söyləyib ki, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbulu vacibdir: "Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraitdə və necə qaçıblar? Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR