Bakcell-in innovasiya tərəfdaşlığı ilə "Media Savadlılığı" Konfransı baş tutdu - FOTOLAR
Bakcell-in innovasiya tərəfdaşlığı ilə təşkil olunan "Media Savadlılığı" Konfransı uğurla başa çatıb.
azxeber.com xəbər verir ki ,tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.
Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri Bakcell tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs Bakcell-in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.
Bakcell innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Xidmetler [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür