Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu - FOTOLAR
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb.
Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – "Porsche Cayenne" avtomobilinin qalibi Urfan Buksayev olub."Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas hədiyyəsi – "Porsche Cayenne" avtomobilinin qalibini elan edirik və bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Qeyd edək ki, lotereya çərçivəsində sonuncu "Zeekr 001" avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini yaşayaraq lüks avtomobilinin açarlarını təhvil alıb. Xüsusilə vurğulamaq istərdik ki, Bakcell lotereyası Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereya olub. Abunəçilər "Şans" paketi və Bakcell xidmətlərindən aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə ümumilikdə 92 "iPhone 17", 13 "Zeekr 001" avtomobili və 1 "Porsche Cayenne" sahiblərinə təqdim edilib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




/ azxeber.com

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək
Cəlilabadda ev tamamilə yandı