Bakı Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

Bakı Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunubBakı Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
"Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası"nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.
Səfərin məqsədi "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi –  Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında "Azərbaycan Hava Yolları" və "Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası" arasında imzalanıb.
Son bir neçə ay ərzində IATA AZANS Hava Hərəkəti İdarəsinin uçuşların təhlükəsizliyi və risklərin idarə edilməsi sistemində, o cümlədən kadr hazırlığında yüksək standartların tətbiqi üzrə geniş işlər görüb.
Səfər çərçivəsində qonaqlar AZAL Prezidenti Cahangir Əsgərov ilə görüşüblər.
"AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", –  Cahangir Əsgərov bildirib.
"Uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi ilə bağlı apardığımız birgə işlər Azərbaycan səmasını bütün aviaşirkətlər üçün təhlükəsiz edir. Biz AZANS-a sıx əməkdaşlıq üçün təşəkkür edirik", –  Cankarlo Buono bildirib.
IATA nümayəndə heyətinin rəhbəri, həmçinin "Azərbaycan Hava Yolları"nın Hava Hərəkəti İdarəsinin sistemləri ilə pilotsuz uçuş aparatlarının idarə edilməsi sistemlərini birləşdirmək təşəbbüsünü dəstəkləmiş (ATM / UTM İnteqrasiyası) və bu məsələnin, xüsusilə, hava limanlarının ərazisində uçuşların təhlükəsizliyinin təmin edilməsində vacibliyini vurğulayıb.
Cahangir Əsgərov bir çox ölkələrin bu vəziyyətdən narahat olduqlarını qeyd edib. Xüsusilə, Böyük Britaniyada hava məkanında dronların qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə "Hava məkanının təşkili və pilotsuz uçuş aparatları" ilə bağlı yeni qanun qəbul edilib.
Yaponiyanın Nəqliyyat Nazirliyi, həmçinin bu kimi halların qarşısını almaq üçün təcili tədbirlərin görülməsi barəsində göstəriş verib və hava limanları ərazisindəki dronların aşkarlanması üçün sensor sisteminin alınmasını nəzərdən keçirir.
"Dronların hava limanlarının yaxınlığında uçması bütün dünyada çox aktual problemdir.
Bununla əlaqədar, tərəfimizdən Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya"nın nəzdində Mülki pilotsuz uçuş aparatlarına nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilib", –  AZAL Prezidenti bildirib.
Görüş zamanı tərəflər 2020-ci ildə Bakının uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr olunmuş ən mühüm beynəlxalq konfranslardan biri – "Safety and Flight Ops Conference"a ev sahibliyi edəcəyini qeyd etmişdirlər. ICAO-nun Baş Katibi Fan Liu və IATA-nın Baş direktoru Aleksandr de Junyakın Azərbaycanın paytaxtına səfəri gözlənilir.
"Dünya mülki aviasiyasının qlobal problemlərinin müzakirə ediləcəyi belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə böyük uğurlarını nümayiş etdirir", – Cahangir Əsgərov bildirib. /oxu.az

Turizm       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar