"Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən "Baku Energy Week" 31-ci dəfə fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-dən etibarən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Cənub Qaz Dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq" adlı peşəkar inkişaf sessiyasında Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolu, regional əməkdaşlığın inkişafına töhfəsi, enerji təchizatının şaxələndirilməsi və gələcək perspektivlər müzakirə olundu.
Təşkil edildiyi illər ərzində "Baku Energy Week" həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib.
Bakı Enerji Həftəsinin açılış mərsimində çıxış edən dövlət başçısı ölkənin milli inkişaf modelində neft strategiyasının fundamental rolunu vurğuladı.
Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə  mühüm mesajları ehtiva edir.
Müstəqilliyimizin son dərəcə ağır, iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit keçən ilk illərini, o cümlədən ərazimizin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə bir milyon həmvətənimizin məcburi köçkün həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50 faizi aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi.
Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də, enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır.
Belə ki, 30 il boyunca işğal altında qalmış torpaqlarımızın azad edilməsini mümkün edən güclü ordunu məhz enerji gəlirləri hesabına qurmaq mümkün oldu. Bütün bunlar isə enerji siyasəti ilə dövlət və ordu quruculuğu arasındakı birbaşa əlaqəni son dərəcə aydın şəkildə ortaya qoyur. Ölkəmizdə istər sosial-iqtisadi, hərbi, istərsə də xarici siyasət baxımından baş verən inkişaf prosesləri təbii sərvətlərdən düzgün istifadə olunduğu zaman bu siyasətin bir çox üstünlüklərə yol aça biləcəyini sübut edən amillərdir.
Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir.  Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Unutmayaq ki, hər bir ölkə torpağının təkində və ya dənizinin dibindəki təbii ehtiyatlarını öz inkişafı üçün istifadə edir və ölkələr sahib olduqları neft ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə — sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə investisiya yatırdıqlarına görə qiymətləndirilməlidir.
Azərbaycanın enerji infrastrukturunun əsas sütunu olan Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini səsləndirən cənab İlham Əliyev bu layihə vasitəsilə Azərbaycanın qazını alan ölkələrin sayının keçən ildəki 12-dən 16-ya çatdığını, bunların 10-unun Avropa İttifaqı üzvü olduğunu, boru xətti ilə qazın ərazi və coğrafiya parametrləri baxımından ölkələrə nəql edilməsində Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirdi.
Onu da qeyd edim ki, Günəş və külək enerjisi üzrə ümumi gücün gələn ilin sonunadək 2 qiqavata, 2032-ci ilin sonunadək isə 8 qiqavata çatacağını açıqlayan ölkə başçısı, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verildiyini diqqətə çatdırdı.
Əminliklə deyə bilərik ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.
Əbilfəz Mahmudov,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik / azxeber.com

Siyasi       Tarix: 04 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe futbol xeberleri iqtisadiyyat xeberleri bugun xeberler bu gun