Bakı hava limanı sərnişinlərin sayına görə rekorda imza atıb

Bakı hava limanı sərnişinlərin sayına görə rekorda imza atıbBakı hava limanı sərnişinlərin sayına görə rekorda imza atıb
Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bu rəqəm əvvəlki illərin (2019-cu ildən) fevral ayı, o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.
Belə ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883 min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165 min nəfərə bərabər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 min nəfər sərnişini ötüb.
Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən isə bu göstərici təxminən 790 min nəfərə çatıb.
Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və "Buta Airways" müvafiq olaraq 106 mindən çox və 43 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 40% təşkil edib.
2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin "Turkish Airlines", "Aeroflot", "Utair", "Azimuth" və "WizzAir" aviaşirkətləri ilə daşınıb.
Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 5,3 milyondan çox sərnişin təşkil edib. Bu rəqəm pandemiyadan əvvəlki göstəriciyə yaxındır.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır. / oxu.az

Turizm       Tarix: 14 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun axsam.az xeberler son.xeberler meherremlik 2026