Bakı hava limanında parklanma xidmətində YENİLİK - FOTO
Bakı hava limanında parklanma xidmətində YENİLİK - FOTO
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə "Tezödə" və "AzParking" platformalarından istifadə edə bilərlər.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.
Bununla yanaşı, ərazidən ziyarətçilərin daha səmərəli istifadə etməsi üçün aeroportun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.
İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli - 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.
Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcəklər və yaxud linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar - "drop off"/ "pick up" onların ixtiyarındadır.
/ oxu.az

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu