Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reyslər üçün yenidən açıqdır
Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reyslər üçün yenidən açıqdır
Cari ilin iyun ayının 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalı "Buta Airways" və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci Terminalına və Terminalından növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:
• "Buta Airways" - İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
• "Israir Airlines" - Tel-Əviv;
• "Wizz Air" - Budapeşt, Roma, Əbu-Dabi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalına və Terminalından yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.
Sərnişinlərə uçuş zamanı maksimal rahatlığı təmin etmək üçün vacib uçuş məlumatları ilə diqqətlə tanış olmaları tövsiyə olunur.
Gediş/gəliş terminalı, gediş/gəliş tarixi və saatı, o cümlədən digər uçuş detalları haqqında məlumatı yoxlamaq zəruridir. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu