Bakı həbsxanalarında cəza çəkən erməni cinayətkarlar geri qaytarıla bilərmi? - Abazyanın açıqlamasının PƏRDƏARXASI

Bakı həbsxanalarında cəza çəkən erməni cinayətkarlar geri qaytarıla bilərmi? - Abazyanın açıqlamasının PƏRDƏARXASI"Yaxın vaxtlarda məhbuslarla bağlı Azərbaycanla görüş mümkündür". Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın bu fikirləri geniş müzakirə predmetinə çevrilib. Azərbaycan tərəfinin rəsmi mövqeyi olmadan bu cür açıqlamanın səsləndirilməsi müharibə cinayətləri törədərək Bakı həbsxanalarında cəza çəkən cinayətkar ünsürlərin geri qaytarıla biləcəyi ilə bağlı məsələni gündəmə gətirib və cəmiyyətdə narahatlığa səbəb olub. Bəs görəsən, belə bir görüşün olması mümkündürmü? Ümumiyyətlə, Azərbaycanda cəza çəkən həmin şəxslərin geri qaytarılması müzakirə mövzusu ola bilərmi?
Mövzunu "KONKRET.az"a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, həmin şəxslər hərbi əsir hesab edilmirlər və bu, Azərbaycanın rəsmi mövqeyidir:
Bakı həbsxanalarında cəza çəkən erməni cinayətkarlar geri qaytarıla bilərmi? - Abazyanın açıqlamasının PƏRDƏARXASI"Abazyandan əvvəl Ermənistan prezidenti də bununla bağlı mövqe bildirmişdi. Həmin cinayətkar ünsürlərin qaytarılması ilə bağlı guya Azərbaycanla danışıqlar aparıldığını və əllərindən gələni etdiklərini açıqlamışdı. Əslində Ermənistan tərəfinin həmin cinayətkar ünsürlərə hərbi əsir deməsinin özü İrəvanın yalançı və riyakar olmasını göstərir. Çünki qeyd olunan şəxslərdən Arayik Arutyunyan İkinci Qarabağ Müharibəsi zamanı mülki şəhərlərimizə kasetli bombalar, "Toçka-U" və "Smerç" raketlərini atan cinayətkardır. Eyni zamanda onun ətrafında olan Bako Saakyan, Ruben Vardanyan, Arkadi Kukasyan və digərləri beynəlxalq səviyyədə tanınan ərazilərimizdə qanunsuz hərbi birliklər yaradan, xalqımıza və dövlətimizə qarşı cinayətlər törədən, əlləri Azərbaycan xalqının qanına batan şəxslərdir. Onlar sülh və insanlıq əleyhinə cinayətlər törədiblər. Bütün bunları nəzərə alsaq, həmin şəxslərin məsuliyyətə cəlb olunması vacibdir".
Ekspertin sözlərinə görə, Birinci Qarabağ Müharibəsində 4 minə yaxın insan, İkinci Qarabağ Müharibəsində isə 6 soydaşımız əsir götürülüb:
"Bu günə qədər Ermənistan tərəfi onların taleyi ilə bağlı heç bir məlumat verməyib. Onlarla bağlı məlumat vermək istəyirlərsə, bu, müzakirə predmeti ola bilər. Düşünürəm ki, cinayətkar ünsürlərin birmənalı olaraq geri qaytarılması ilə bağlı Azərbaycan tərəfinin indiyədək heç bir rəsmi mövqeyi olmayıb. Bizim mövqeyimiz olmayan məsələ ilə bağlı Ermənistan tərəfi fikir səsləndirirsə, bu, qeyri-səmimi və təxribat xarakterlidir. Əgər Azərbaycan tərəfinin bununla bağlı mövqeyi olacaqsa, o zaman ictimaiyyətə və media mənsublarına məlumat veriləcək. Əgər bu günə qədər məlumat yoxdursa, deməli bu, Ermənistan tərəfinin uydurmasıdır. Onlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə mesajlar verməyə çalışırlar. Bu mesajların kökündə reallıq yoxdursa, o zaman növbəti təxribat xarakterli addım kimi dəyərləndirilməlidir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim axsam az xeberler dunya xeberleri son xeber 2026