Bakı-İrəvan münasibətləri və Qarabağ: bu il nələr ola bilər?

Bakı-İrəvan münasibətləri və Qarabağ: bu il nələr ola bilər?2022-ci ildə Bakı-İrəvan xəttində, regionda və Qarabağda nələr ola bilər? Ötən ilin prosesləri bu sual ətrafında müəyyən gözləntiləri də önə çıxarır.
Birinci: Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması üzrə razılaşmanın praktiki mərhələyə keçəcəyi ehtimalı böyükdür;
– ABŞ-Rusiya qarşıdurması fonunda Moskva siyasi mübarizənin əsas cəbhələrindən olan Cənubi Qafqazda özünün vasitəçiliyi ilə əldə olunan razılaşmanın praktiki mərhələyə keçidinə tələsir: prosesin tamamlanması zaman ala bilər, lakin ruslar üçün əsas məsələ delimitasiya müqaviləsinin imzalanması, ikitərəfli komissiyanın yaradılması və fəaliyyətə başlamasıdır; bu, sərhəd üzərindən üçüncü tərəflərin bölgəyə müdaxiləsinin qarşısını alacaq;
– Ankara ilə münasibətləri normallaşdırmaq istəyən İrəvan Bakının gündəliyində cari məsələ olan sərhəd razılaşmasının icrasına razı görünür: Paşinyanın ötən ilin son müsahibəsində sərhəd razılaşmasının Ermənistanın əleyhinə olmadığına dair açıqlaması da bu fikri gücləndirir;
– Bakı, Ankara və Moskvanın bölgədə fikir ayrılığının olmadığı yeganə razılaşma sərhədlə bağlıdır;
– Delimitasiya müqaviləsinin növbəti aylarda imzalanması, demarkasiya prosesinin də hava şəraitinin əlverişli olduğu dövrdə – yaz aylarında başlana biləcəyi gözləniləndir;
İkinci: kommunikasiyanın açılması üzrə praktiki addımlar; Brüsseldə "qarşılıqlı gömrük və sərhəd nəzarəti" məntiqi ilə əldə olunan razılaşma mövcud anlaşmalara – 10 noyabr və 11 yanvar – yenidən baxmağı zəruri edir. Moskva da hazırda kommunikasiya üzrə vahid sənədlər paketinin yenidən işləndiyini açıqladı və bu, kommunikasiyanın açılması prosesinin bir qədər zaman alacağını deməyə əsas verir: mümkündür ki, nəqliyyat infrastrukturunun inşasını həyata keçirmək üçün kommunikasiyanın "dəhliz", yaxud "yol" məntiqi üzrə açılması ilə bağlı son razılaşma sonraya saxlanılsın; Sərhəd və kommunikasiya cari ilin ən aktual məsələsi olacaq. Əliyev də 2021-ci ilin yekun çıxışında rəsmi Bakının Soçi və Brüssel razılaşmalarının 2022-ci ildə reallaşmasını gözlədiyinin mesajını verdi.
Üçüncü: 3+3 formatında əməkdaşlıq dərinləşə bilər: – Türkiyə və Rusiya Qərb-Rusiya qarşıdurması fonunda bölgədə əməkdaşlığın dərinləşməsinə çalışacaq; – ABŞ-la nüvə danışıqları üzrə dil tapa bilməyən İran bu formatda aktivliyini artıra bilər; – Bakı 3+3 formatını "problemlərin həlli platforması" kimi Minsk qrupu formatına qarşı istifadə edilməsini aktuallaşdıra bilər;
Dördüncü: Bakı və Ankara Laçın dəhlizinə nəzarət məsələsi istiqamətində işləyəcək;
Beşinci: Azərbaycan Qarabağdakı ermənilərlə bağlı dövlət proqramını bu il açıqlaya bilər;
– Sərhədin müəyyən edilməsi erməni qoşunların Azərbaycan sərhədləri daxilindən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi) zərurətini aktuallaşdırır: Moskva da Soçi razılaşması ilə yanaşı, müharibədən sonrakı danışıqların baza prinsipini təşkil edən 10 noyabr bəyanatının heç bir irəliləyiş olmayan bəndinin icrasına vasitəçiliyinin effektivliyi baxımından razı ola bilər;
– Paşinyanın "Qarabağın statusu" ilə bağlı son açıqlaması, separatçılarla İrəvan arasındakı çatlar da Ermənistanın "oyundan çıxacağı" perspektivini gücləndirir; – Və bu perspektivlər fonunda Bakı erməni əhali üzərində təbliğatı artıra bilər: birgəyaşayışla bağlı dövlət proqramının açıqlanması bu addımlardan biridir;
Asif Nərimanlı /konkret.az

Siyasi       Tarix: 05 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son xeber ən son xeberler xeber