Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
Həyatımız şəhərlərlə bağlıdır. Şəhərlər böyüdükcə əhalinin artımı və iqlim dəyişiklikləri yeni çağırışlar yaradır. Azərbaycanda da iqlim dəyişikliklərinin təsirlərini müşahidə edirik.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") adlı tədbirdə çıxışında bildirib.
"Forumun ilk günündə gözlənilməz yağışla üzləşdik — bu da iqlim dəyişikliyinin real təsirlərini bir daha göstərir. Şəhərlər bu dəyişikliklərə daha çox məruz qalır.
Dünən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu müzakirələr üçün əlverişli bir məkandır. Azərbaycan xalqı şəhərsalma sahəsində qədim ənənələrə malikdir. Qəbələ qədim İpək Yolunun mühüm şəhərlərindən biri olub. Bakı isə mədəni irsin qorunması baxımından mühüm mərkəzdir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiyadır. Minalarla çirkləndirilmiş ərazilərdə biz yeni tarix yazırıq. Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb, doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam, məsələn, Qafqazın "Xirosiması" adlandırılırdı. Yüz minlərlə insana ev olan bu şəhər tamamilə dağıdılmışdı.
Biz isə bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq. Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunu oynayır", - deyə Hikmət Hacıyev bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK