"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü - RƏSMİ

"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü - RƏSMİ"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü - RƏSMİ
"Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı koronavirusa yoluxub, bir nəfər isə ölüb. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. 
O bildirib ki, hazırda koronavirusa yoluxan əməkdaşlar müvafiq tibb müəssisələrində müalicə alırlar:
"Əməkdaşların vəziyyəti "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Ümumiyyətlə, bu məsələlərdə TƏBİB və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqə saxlanılır. Müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.
COVID-19 infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə altı metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb, bir nəfər isə vəfat edib. Ötən müddət ərzində bu və digər səbəbdən COVID-19 şübhəsi ilə müvafiq yaxma götürülən yeddi metropoliten işçisinin test nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş qurum əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb".
B.Məmmədov onu da əlavə edib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:
"Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. COVID-19 simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin, onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir".
Könül Cəfərli

Sosial       Tarix: 25 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun