Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanıldı

Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanıldıBakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda "Nərimanov" elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.
azxeber.com xəbər verir ki, bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B. Məmmədov vurğulayıb ki, CBTC sistemi qatarların radiodalğalarla idarəetmə sistemidir: "Qatarların radiodalğalarla idarə edilməsi ən müasir sistemlərdir, bu sistemlərin təməldən tətbiqi Bakı metropolitenin yeni xətlərində nəzərdə tutulacaq.
"Bənövşəyi" xətt ("Avtovağzal"dan "8 Noyabr"a qədər olan 3 stansiya) hazırda bu prinsiplərlə inşa edilir və sistemlərlə funksional təchizatı bunu nəzərdə tutur. Bu sistemin tətbiqində özünəməxsus texniki tələblər var.
Birinci mərhələ üçün orada mikroprosesor sisteminin quraşdırılması nəzərdə tutulmalıdır. Bu istiqamətdə təməldən işlər aparılmalıdır. Bu stansiyalarda mikroprosesor sistemi quraşdırılır, lakin gələcəkdə qatarların radiodalğalarla idarə olunması sistemlərinin quraşdırılması (Communications-based train control – CBTC ) üçün texniki şərait yaradılır".
B. Məmmədovun sözlərinə görə, CBTC sistemlərinin üstünlüyü ondan ibarətdir ki, qatarların hərəkəti daha effektiv və daha təhlükəsiz olur:
"Eyni zamanda intervalların tənzimlənməsi orda daha rahat və təhlükəsiz prinsiplər əsasında tətbiq edilir. Bunun yekun nəticəsində maşinistsiz idarəetmənin tətbiqini nəzərdə tutur. Köhnə xətlərdə bu istiqamətdə "Nərimanov" elektrik deposundan başlayaraq işlər aparılmalıdır.
Hazırda "Nərimanov" elektrik deposunda ilkin işlər tamamlanıb. Onun təməl bazası olan "ox sayğacı" sistemin tətbiqi artıq həyata keçirilir.
Bu sistemin tətbiqi gələcəkdə xətlərimizdə davam etdiriləcək. Amma bu kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb etdiyi üçün, həm də hərəkət dayandırılmadan davam edən bir proses olacağından mərhələli şəkildə aparılmalıdır".
O əlavə edib ki, sistemin metronun mövcud xətlərində tətbiqi daha mürəkkəb bir prosesdir, çünki mövcud sistemin əvəzinə tamamilə fərqli quruluşa və iş prinsiplərinə malik yenisi tətbiq edilməlidir.

Sosial       Tarix: 28 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az