Bakı metrosunda qatarların hərəkəti və stansiyaların işi avtomatlaşdırılacaq
Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək.
Bakı Metropolitetinin mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və "Nərimanov" elektrik deposunda "ox sayğacı" bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.
Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR