Bakı-Rusiya yeni avtomobil yolunun 100 km-lik hissəsinin tikintisi BU TARİXDƏ bitəcək

Bakı-Rusiya yeni avtomobil yolunun 100 km-lik hissəsinin tikintisi BU TARİXDƏ bitəcək"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi yaya qədər bitəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək:
"Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur. Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək".
Qurum rəsmisi deyib ki, tikilməkdə olan yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur:
"Layihədə tikinti işləri 4 lot üzrə aparılır: 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci, 2-ci və 3-cü lotlar üzrə aparılır. Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, 60 kilometr məsafədən daşınaraq daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilmiş, yol geyimi aşınma layına qədər tikilib".
A.Nəcəfli qeyd edib ki, ümumilikdə, LOT 1 üzrə işlər yekunlaşmaq üzrədir:
"Belə ki, yeni layihələndirilən yol üzrə yararsız materialın qazılması və dolğu işləri bitib, yol boyu hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilibdir. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri demək olar ki, tamamlanıb. Layihənin 2-ci lotu üzrə hazırda işlər paralel olaraq aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 %, tunellərin tikintisi üzrə 98 % işlər yekunlaşdırılıb. Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir".
A.Nəcəflinin sözlərinə görə, layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub:
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 km-lik hissəsində yeni stiqamət üzrə 16 km qısa olmaqla, 58 km uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri tamamlanmaq üzrədir. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 km təşkil edəcək. Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026