Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə başqa fikirdədir - FOTO/VİDEO
Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə başqa fikirdədir - FOTO/VİDEO
Binəqədi sakinləri zibillikdən şikayətçidir.
Bu barədə Oxu.Az-a rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 63F ünvanında yaşayanlardan biri məlumat verib.
Sakinin sözlərinə görə, əraziyə kənardan ağac qırıntıları, taxta və əlavə məişət tullantıları atılır:
"Ərazidə təmizlik işləri aparılmır. İsti yay günlərində üfunətdən küçəyə çıxmaq olmur. Ötən dəfə təmizləyib getmişdilər. Lakin zibilliyin əlverişsiz yerdə olması ətrafda yaşayan sakinlərin bura inşaat materialları və digər tullantıları atmasına səbəb olur. Hər gün gördüyünüz vəziyyət hökm sürür".
Məsələ ilə bağlı redaksiyamızın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, vətəndaşın şikayəti tamamilə əsassızdır:
"Məsələ ilə bağlı bildirmək istəyirik ki, sakinlərin istifadəsində olan zibil meydançası uzun illərdir həmin ərazidə yerləşir. Bununla yanaşı, qeyd edilən ərazidə vətəndaşlar tərəfindən atılan məişət tullantıları öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq mütəmadi olaraq təmizlənir".
Könül Cəfərli
f PaylaşTurlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb