Bakı-Şuşa avtobusu yubandı, sərnişinlər Şuşada gecələdi
Kəskin hava şəraiti ilə əlaqədar Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun hərəkət qrafikində yubanma qeydə alınıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən azxeber.com-a bildirilib ki, vəziyyət dərhal nəzarətə götürülüb. Güclü qar və yolların buz bağlamasına baxmayaraq, aidiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti, həmçinin sürücünün peşəkarlığı sayəsində sərnişinlər Şuşa şəhərinə çatdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xüsusi texnika cəlb edərək yolları qardan və buzdan təmizləyib. Yolboyu avtobus Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən müşaiyət edilib.
Hərəkət qrafikində gecikmə baş verdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə geri dönüş təxirə salınıb. Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sərnişinlər xüsusi qayğı ilə əhatə olunub.
Sərnişinlərin Şuşada qalmasına və daha sonra təhlükəsiz geri dönməsinə şərait yaradılıb. Belə ki, onlar hosteldə yerləşdirilib və isti qida ilə təmin ediliblər. Bu gün səhər saatlarında sərnişinlər planda nəzərdə tutulan yerləri ziyarət etdikdən sonra Bakıya yola düşüblər.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var