Bakı Tbilisi ilə qardaşlaşacaq
Bakı Tbilisi ilə qardaşlaşacaq
Azərbaycanın paytaxtı Bakı şəhəri Gürcüstanın paytaxtı Tbilisi ilə qardaşlaşacaq.
"Report" xəbər verir ki, təşəbbüs Azərbaycanın Gürcüstandakı səfirliyinə məxsusdur.
Bakı və Tbilisinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.
Tbilisi merinin müavini Andria Basilaya bildirib ki, meriya Gürcüstanın paytaxtı dost və qardaş dövlət olan Azərbaycanın mərkəzi şəhəri Bakı ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır.
Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir. Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var