Bakı Tehrandakı səfirini geri çağıra bilər

Bakı Tehrandakı səfirini geri çağıra bilərİranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır.
Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olan bu hadisəni media da diqqətlə izləyir.
KONKRET.az xəbər verir ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər.
Bəs nədən bu qərarın icrası gecikir? Apardığımız araşdırma ortaya bir sıra ehtimalların çıxmasına səbəb olub. Məsələn, terroru törədən İran vətəndaşı Yasin Hüseynzadənin həyat yoluna nəzər salsaq, ortaya bir sıra maraqlı məqamlar çıxır. 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı "Bəsic" qüvvələrinin komandanı olub. O, indi də həmin "Bəsic" bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə "Bəsic" və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.
Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edam olunmasının qarşısını çox güman ki, onun SEPAH üzvü olması alır. Məhz bu qurum onun edamının icrasına əngəl olur. Halbuki, bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də "Kalaşnikov" silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Və təəccüb doğuran hal hadisə yerinə polis əməkdaşlarının ən sonda gəlməsi olub.(report)

Siyasi       Tarix: 18 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler