Bakı-Türkmənbaşı gəmilərinin və reyslərinin sayı ARTIRILIR

Bakı-Türkmənbaşı gəmilərinin və reyslərinin sayı ARTIRILIRBu ildən 2-ci Çin-Avropa marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə Bakı-Türkmənbaşı-Bakı istiqamətində 2 gəmi fəaliyyət göstərəcək.
Bu barədə KONKRET.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi – "ADY Konteyner" MMC-dən bildirilib.
Məlumatda deyilir ki, "ADY Konteyner" və "Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi" ASC-nin birgə operator olduğu "Şair Sabir" və "Mahmud Rəhimov" gəmiləri Bakı-Türkmənbaşı-Bakı istiqamətində konteynerlərin daşınmasını həyata keçirəcək. Gəmilərin sayı ilə yanaşı həftəlik reyslərin də sayı hava şəraitindən asılı olaraq 2 dəfəyə çatdırılacaq. Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 500 konteyner daşınıb.
Bakı Limanı və Türkmənbaşı Limanı arasında gəmi bağlantısının gücləndirilməsi üzrə layihənin həyata keçirilməsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) , "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının dəstəyi nəticəsində mümkün olub.
Bu addım "Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu"nun inkişafına hesablanıb. Bu transkontinental multimodal dəmiryolu marşrutu 2019-cu ildə, "Azərbaycan Dəmir Yolları" QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb. 2021-ci ilin dekabr ayında marşruta Türkiyə də qoşulub. Hazırda marşrut üzrə konteyner yükləri Türkiyədən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə, həmçinin Gürcüstanın Poti və Batumi limanlarından Özbəkistana, Türkmənistana, Qırğızıstana və əks istiqamətdə daşınır.
Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb. Yükdaşımalar Türkiyənin "Pasifik Eurasia Logistics", Gürcüstanın "GR Logistics and Terminals", ADY Konteyner, "Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi", Özbəkistanın "O"zbektemıryo"lekspedıtsıya" və "Qırğızıstan Dəmir Yolları"nın operatorluğu ilə həyata keçirilir. Tərəflər marşrutun təkmilləşdirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirib. Marşrut üzrə ən yaxşı göstərici 2021-ci ilin mayında əldə edilib. Belə ki, Türkiyənin İzmir şəhərindən Qırğızıstanın Oş şəhərinə konteynerlər 18 günə çatdırılıb. Operatorların məqsədi bu istiqamət üzrə yükdaşıma müddətini 12 günə qədər azaltmaqdır.

Sosial       Tarix: 31 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə en son xeberler bu gun valyuta mezenesi ən son xeberler