Bakı və Daşkənd yeni layihələrin birgə həyata keçirilməsi barədə razılığa gəldi
III Azərbaycan-Özbəkistan Regionlararası Forumu gələn il Özbəkistanda keçiriləcək.
KONKRET.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
"Bu gün biznes nümayəndələri ilə ilk dəfə ayrıca görüş keçirəcəyik. Biz birlikdə mehmanxana, tekstil klasterləri, tikiş fabriki, tikinti materialları və s. müəssisələrin tikintisi və s. kimi mühüm layihələrə start verəcəyik", – Ş.Mirziyoyev bildirib.
O qeyd edib ki, bu cür layihələrin təşviqi üçün 500 milyon ABŞ dolları məbləğində kapitala malik Azərbaycan-Özbəkistan birgə investisiya şirkəti uğurla fəaliyyət göstərir.
"Biz üçüncü ölkələrdə perspektivli layihələrdə iştirak məsələsi üzərində işləmək barədə razılığa gəldik. Biz həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) də inkişaf etdirməklə, nəqliyyat əlaqələrini gücləndirmək üçün birgə səyləri davam etdirəcəyik", – Özbəkistan lideri əlavə edib.
O qeyd edib ki, tərəflər regionlararası əlaqələrin potensialından maksimum istifadə etmək niyyətindədirlər.
"May ayında Quba şəhərində regionlararası forum uğurla keçirilib. Biz regionlararası əməkdaşlıq üçün Yol Xəritəsinin qəbul edilməsi, növbəti forumun gələn il Kağan şəhərində keçirilməsi, paytaxtlarda turizm kompleksinin yaradılmasına qərar vermişik", – Ş.Mirziyoyev vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar