Bakı və Sumqayıt əhalisinə göstərilən tibbi xidmətlərin statistikası açıqlandı

Bakı və Sumqayıt əhalisinə göstərilən tibbi xidmətlərin statistikası açıqlandı2021-ci ilin iyun ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 772 mindən çox tibbi xidmət göstərilib.
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyun ayı ərzində Bakı TƏB-i üzrə 219 294 və Sumqayıt TƏB-i üzrə 36 752 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 772 167 tibbi xidmət göstərilib.
Agentlikdən Azxeber.com-a bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 417 557 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 621 524-ü ambulator, 150 643-ü isə stasionar şəraitdə göstərilib.
Cari ilin iyun ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Nərimanov (302), Yasamal (266), Sabunçu (249), Pirallahı (230), Xəzər (180), Nəsimi (163), Səbail (155), Suraxanı (129), Xətai (85) və Binəqədi (61).
Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 94 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu : Sumqayıt Tibb Mərkəzi (97 417), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (86 608), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (65 773), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (48 419), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (41 776), Kliniki Tibbi Mərkəz (40 127), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (24 711), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (18 898), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (17 618) və 13 nömrəli Uşaq Poliklinikası (12 813).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Kliniki Tibbi Mərkəz, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 13 nömrəli Uşaq Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Kliniki Tibbi Mərkəz, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.
Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi, sidik-cinsiyyət sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
2021-ci ilin iyun ayı ərzində Bakı TƏB üzrə 666 811, Sumqayıt TƏB üzrə isə 105 356 tibbi xidmət göstərilib.
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyun ayı ərzində 592 990 nəfərə 1 004 000 müraciət üzrə 2 076 467 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 756 245-i ambulator, 320 222-si isə stasionar şəraitdə göstərilib.
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 2 444 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 102 nəfərini uşaqlar təşkil etmişdir. Ürək və damar cərrahiyyəsi üzrə 1467, oftalmologiya üzrə 357, neyrocərrahiyyə üzrə 185, urologiya üzrə 251, travmatologiya üzrə 125, digər sahələr üzrə isə 59 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 66 nəfər 18 yaşdan aşağı şəxslər olub. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Sosial     Baxılıb: 358   Tarix: 17 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Təhlili şöbəsinin müdiri Səbinə Seyidov

May ayı ən çox onlar üçün uğurlu olacaq - Bürclər belə deyir

Yalnız onlar həyatlarına maliyyə uğuru və xoşbəxtliyi cəlb edə biləcəklər. 2026-cı ilin may ayı bütün Çin bürcləri üçün aktiv və hadisəli bir ay olacağını vəd edir, lakin bir neçəsi xüsusilə şanslı olacaq. . Onların maliyy

"SABAH.city"-də ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edildi

Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında "SABAH.city" innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. xəbər verir ki, görüşdə Elm və Al

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Kamran Əsədovla bağlı YENİ XƏBƏR

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovu

"Tənbəllik" kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq

Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl" kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə il

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək. Bu barədə  -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber cəbhədən canlı sosial yardim son xeber