Bakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunub

Bakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunubHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib. Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan "Gələcək uşaqlara məxsusdur" adlı şənlikdə 2 nömrəli ümumi təyinatlı, 4 nömrəli xüsusi, 8 nömrəli sanatoriya tipli və 12 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərindən ümumilikdə 350-dən çox uşaq iştirak edib.
IDEA İctimai Birliyindən azxeber.com-a verilən məlumata görə, musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərdən birinə çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Sehrbaz və cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, təbii parçalardan oyuncaqların hazırlanması, eko çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, rəsm çəkmək, gips lövhələrinin rənglənməsi kimi müxtəlif ustad dərslərinə qatılıb, üz boyamada iştirak ediblər. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi təşkil olunub.
Qeyd edək ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və gəncləri əyləndirərək maarifləndirir, təbiətə maraq oyadır, insanların ətraf mühitin mühafizəsini və bu prosesdə öz rolunu daha dərindən dərk etməsini təmin edir.
Bakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunubBakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunubBakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunubBakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunubBakı Zooloji Parkında 'Gələcək uşaqlara məxsusdur' adlı şənlik təşkil olunub

Sosial       Tarix: 02 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri cəbhədən canlı en son xeberler xeberler bu qun