Bakıda 12-ci Beynəlxalq "Caspian Energy Forum" işə başlayıb
Bakıda "Caspian Energy Club" və "Enermus" QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq "Caspian Energy Forum" işə başlayıb.
azxeber.com xəbər verir ki, forumun əsas mövzuları "Əsrin müqaviləsi"nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin "yaşıl iqtisadiyyat"a keçidi və "Yaşıl Qarabağ"dır.
Məqsəd regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin "yaşıl dünya" naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda "yaşıl" layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən "yaşıl layihə"lərin beynəlxalq arenada tanıdılmasıdır.
Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri daxil olmaqla 500-dən çox nümayəndə, o cümlədən diplomatik və beynəlxalq missiyaların Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak edirlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb