Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı
Bakıda 18 yaşlı gənc tanışını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Paytaxt sakini Kənan Tağıyev münaqişə zəminində tanışı, 2002-ci il təvəllüdlü Nurəli İbrahimov tərəfindən bıçaqlanıb.
Yaralı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.İbrahimov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. /oxu.az