Bakıda avtobuslarda cibgirlik edən 12 nəfər SAXLANILDI - VİDEO

Bakıda avtobuslarda cibgirlik edən 12 nəfər SAXLANILDI - VİDEOBakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulub. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.
Qeyd edək ki, onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Baş idarə əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən əməliyyat zamanı isə Bədəl Hüseynov və Elman Bəndəliyev saxlanılıb. Bu şəxslərin əsasən avtobuslarda insanların sıx olduğu saatlarda yeddi qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib. Onlar cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra orada olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər. Bu şəxslərin də törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı da avtobuslarda cibgirliklə məşğul olan Nəsimi Babayev, onunla birgə əlbir olan Azər Misdimov, Elman Əliyev və Adil Hüseynov saxlanılıblar. Onların avtobuslarda etdikləri cibgirliklər toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Digər əməliyyat zamanı isə İsa Əliyev və Tural Məmmədov saxlanılıb. Bu şəxslərin ictimai nəqliyyatda dörd qadının çantasından cibgirlik yolu ilə pul kisəsi oğurladıqları müəyyən edilib. Saxlanılan zaman Tural Məmmədovun üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Onların da törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Bu şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.
Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Sosial       Tarix: 06 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri xeberlər cebheden xeberler en son xəbərlər bugün