Bakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEO

Bakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEOBakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEO
Oktyabrın 10-da "Azərbaycan Hava Yolları"nın struktur bölməsi "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyilə "Sheraton Baku Airport Hotel"də ilk beynəlxalq "Digital Transformation Day" konfransı keçirilib.
Konfransın əsas mövzusu "Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik" olub. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak ediblər.
Konfransda "AZANS"-ın direktoru Fərhan Quliyev salamlama nitqi ilə çıxış edərək bildirib ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir.
"Aeronaviqasiya provayderi olaraq, AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarə edilməsini təmin edir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurdu. Yeni həll "Enhanced Airport Vision Display" platformasına əsaslanır", - AZANS-ın direktoru Fərhan Quliyev qeyd edib.
Hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi də həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.
"AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən və pilotsuz uçuş aparatlarının idarə olunması (PUA) və ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır.
Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir", - Fərhan Quliyev əlavə edib.
Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələrlə mübarizədə birgə səylər barədə bəyannamə imzalanıb.

Bakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEOBakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEOBakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEOBakıda AZANS-ın dəstəyilə "Digital Transformation Day" konfransı keçirilib - FOTO/VİDEO

Turizm       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son xeber krimnal xeber valyuta mezenesi