Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.
Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.
X X X
Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.
Dövlət başçılarına layihə barədə məlumat verildi.
Bildirildi ki, "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.
Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.
x x x
Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basdılar.
X X X
Sonra Prezident Kasım-Jomart Tokayev dedi:
- Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.
Prezident İlham Əliyev dedi:
- Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.
Prezident Kasım-Jomart Tokayev dedi: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir.
X X X
Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.
Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Samruk-Kazına" Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə "Samruk-Kazına" SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLARBakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 15 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. xəbə

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etima

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

Hakan Fidan Bakıdadır

Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana gəlib. xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Türkiyəli naziri Heydər Əliyev Beynəlxalq Hava Limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO 

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib. Bu barədə -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Qonağı salamlayan Azərbaycan Prezident

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləs


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar az son xeberler azerbaycan idman xeberleri son.xabar