Bakıda beynəlxalq protokol standartları üzrə ilk peşəkar təlim keçiriləcək

Bakıda beynəlxalq protokol standartları üzrə ilk peşəkar təlim keçiriləcəkMarsol Academy-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq protokol standartları əsasında "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim təşkil olunacaq.
azxeber.com xəbər verir ki, 17–18 yanvar 2026-cı il tarixlərində baş tutacaq iki günlük intensiv təlim rəsmi görüşlərdə, tədbirlərdə və beynəlxalq mühitdə düzgün davranış, etik ünsiyyət və peşəkar təmsilçilik bacarıqlarının formalaşdırılmasını hədəfləyir.
Təlimin əsas məqsədi korporativ mühitdə davranış mədəniyyətinin, rəsmi ünsiyyət qaydalarının və protokol normalarının iştirakçılara dünya təcrübəsi əsasında aşılanmasıdır. Təlim çərçivəsində iştirakçılara ilk təəssüratın yaradılması, ast–üst münasibətlərində balanslı ünsiyyət, yerli və beynəlxalq etik normalar, eləcə də rəsmi və tədbir mühitlərində peşəkar duruşla bağlı bilik və bacarıqlar təqdim olunacaq.
Təlim Türkiyə Prezident Administrasiyasında 6 illik protokol təcrübəsi olan, 40-dan çox ölkədə rəsmi protokol vəzifələrində çalışmış, 100-dən artıq beynəlxalq səfərdə iştirak etmiş və 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa rol almış mütəxəssis İhsan Ataöv tərəfindən aparılacaq.
Proqram çərçivəsində imic və davranış mədəniyyəti, rəsmi müraciət formaları, bədən dili və qeyri-verbal ünsiyyət, qonaqların qarşılanması və yola salınması, oturma planları və öncəlik qaydaları, vizit kartı təqdimatı, beynəlxalq süfrə etikası, hədiyyələşmə mədəniyyəti, rəsmi yazışma qaydaları, eləcə də rəhbər otağı və rəsmi avtomobil protokolu kimi mövzular əhatə olunacaq.
Təlim rəhbərlər, menecerlər, dövlət və özəl sektor əməkdaşları, PR və kommunikasiya mütəxəssisləri, protokol və tədbir koordinatorları, həmçinin korporativ mühitdə çalışan şəxslər üçün nəzərdə tutulub. Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
Tədbir 17–18 yanvar 2026-cı il tarixlərində saat 09:00-dan 17:00-dək Radisson Hotel Baku-nun "Dan Ulduzu" zalında keçiriləcək. Əlavə məlumat üçün +994 50 228 64 32 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

İqtisadiyyat       Tarix: 09 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu