Bakıda bəzi məktəblərdə dərslər başladı
Bu gündən Bakıda yerləşən bəzi özəl təhsil müəssisələrində yeni tədris ilinin təşkilinə başlanılıb.
Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Oxu.Az-ın əməkdaşı yeni tədris ilinin təşkilinə başlanıldığı liseylərdən biri ilə əlaqə saxlayıb.
Bildirilib ki, lisey özəl təhsil müəssisəsi olduğundan sentyabrın 15-dən ənənəvi tədrisə start verilib.
Qeyd edək ki, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirdiyi brifinqdə bildirib ki, 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq.
Nazir deyib ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq:
"Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.
Tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq
Özəl məktəblər daha kiçikhəcmli olduqları üçün onların fəaliyyətinin ölkədə ümumi pandemioloji vəziyyətə təsir edəcəyini düşünmürük. Amma həmin məktəbin fəaliyyətinə təsir edə bilər. Ona görə də özəl məktəblər riskləri nəzərə alıb tədrisin bərpasına 1-2 həftə tez başlaya bilərlər".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR