Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO

Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTOBakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO
Oxu.Az yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada aprelin 29-dan mayın 5-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola bilərsiniz.
29 aprel
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Kamera və orqan musiqisi zalında (Kirxa) Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.
Nəzrin Aslanlı (violin), Soltan Məmmədova (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (cello) maraqlı proqram təqdim edəcəklər: Y.Haydn - "Simli kvartet №1", R.Şuman - "Simli kvartet №1".
Biletlərin qiyməti: 3 - 15 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Nuriyə Hüseynovanın yaradıcılıq gecəsi olacaq. Onun ifasında Azərbaycan xalq mahnıları səslənəcək.
Biletlərin qiyməti: 10 - 15 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçiriləcək. 
Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə Zülfiyyə Sadıqova, Mehparə Cəfərova, Rüstəm Cəfərov, Əli Məmmədov, Ayaz Qasımov, Ayşən Mehdiyeva, Səbinə Ərəbli, Zabitə Əliyeva, Kamilə Nəbiyeva, Arzu Əliyeva çıxış edəcəklər.
Biletlərin qiyməti: 10 - 30 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:30-da Heydər Əliyev Sarayında simfonik orkestr və xorun ifasında Hans Zimmerin musiqisi səslənəcək. 
Biletlərin qiyməti: 25 - 120 manat.
30 aprel
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da "Azərbaycan" "CineMastercard" kinoteatrında "​Tütək səsi" bədii filmi nümayiş olunacaq. 
Rejissor - Rasim Ocaqov, ssenari müəllifi - İsa Hüseynov, operator - Teyyub Axundov, rəssam - Elbəy Rzaquliyev, bəstəkar - Aqşin Əlizadə.
Giriş sərbəstdir.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da "M Teatr"da "Kimdir müqəssir?" adlı tamaşa olacaq. 
Biletlərin qiyməti: 10 manat.
2 may
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun Səsi" adlı konsert baş tutacaq.
Solistlər - Ədalət Behbudov, Fərid Atazadə, İbadulla Mirzəyev, Əmrah Orucov, Murad Nağızadə, Rafael İslamov, Cahandar Xanlarov, Fərrux Haşımlı, Nübar Babayeva, İlkin Hüseynov, Qoçaq Əsgərov, Yaqut Xəlilzadə, Sənan Mustafayev, Xatirə Kərimova, Zaur Əzimli, Xədicə İsmixanova, Əyyub Ramazanov, Rübabə Əkbərova. Amin Bayramovun ifasında xalq mahnıları və bəstəkar əsərləri səslənəcək.
Biletlərin qiyməti: 10 - 20 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda "Women"s Stand-up" şousunun ulduzlarından biri Saule Yusupova ilk dəfə çıxış edəcək. Tədbir rus dilində olacaq.
Biletlərin qiyməti: 25 - 100 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Akademik Milli Dram Teatrında "Bir, iki bizimki..." adlı tamaşa nümayiş olacaq. Müəllif - Kamal Abdulla, quruluşçu rejissor - Əlif Cahangirli.
Biletlərin qiyməti: 10 - 15 manat.
3 may
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00 və 20:30-da "Park Bulvar"da yerləşən Tusi-Bohm Planetariumunda Nigarın Əsədullayevanın ifasında Lüdoviko Eynaudi, Hans Zimmer, Maks Rixter, Oulavür Arnalds və digər bəstəkarlarının əsərləri səslənəcək.
Biletlərin qiyməti: 40 - 60 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində "35 ildən sonra"​ (18+) adlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor - Müşfiq Əliyev. Rollarda: Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva.
Biletlərin qiyməti: 10 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da "M Teatr"da "ART" tamaşası nümayiş olacaq.
Müəllif - Jasmina Rza, quruluşcu rejissor - Ərturan Nəcəfi Göl, aktyorlar: Cavid Baba, Şamil İbrahimov, Ərturan Nəcəfi Göl.
Biletlərin qiyməti: 10 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Akademik Rus Dram Teatrında "Семь Красавиц" ("Yeddi gözəl") adlı tamaşa olacaq. Rejissoru: Yonas Vaitkus.
Biletlərin qiyməti: 15 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO19:00-da Akademik Milli Dram Teatrının səhnəsində "Ölülər" (Cəlil Məmmədquluzadə) olacaq. Bəstəkar: Qara Qarayev.
Biletlərin qiyməti: 7 - 12 manat.
Bakıda bu həftə hansı tədbirlər olacaq? - Mədəniyyət AFİŞASI + FOTO20:00-da Heydər Əliyev Sarayında "Mənim mahnıma inan" estrada proqramı ilə Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Elçin Əzizovun solo konserti keçiriləcək.
Biletlərin qiyməti: 40 - 150 manat.

20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda italyan maestro Fabio Lepore və onun qrupunun təqdimatında "Sinatra in Jazz" adlı konsert olacaq. Bu, əfsanəvi Frank Sinatraya həsr olunmuş və ümumilikdə svinq musiqisinə yönləndirilmiş konsertdir. 
Biletlərin qiyməti: 15 - 60 manat.

20:00-da Kamera və orqan musiqisi zalında şam işığında Uitni Hyustona həsr olunmuş konsert baş tutacaq. "Mystery Ensemble" konsertində siz həm rəqs edə, həm də oxuya bilərsiniz.
Biletlərin qiyməti: 10 - 60 manat.
4 may

18:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Aleks Çeremizovun qrupunun təqdim etdiyi "Jazz for Kids/Uşaqlar üçün Caz" konserti keçiriləcək. Uşaqların sevimli mahnıları caz tərzində səslənəcək. 
Biletlərin qiyməti: 11 - 50 manat.

19:00-da Kukla Teatrının binasında yerləşən Azərbaycan Dövlət Yuğ Teatrı "Asılqan" tamaşasını nümayiş edəcək. 
Biletlərin qiyməti: 5 - 15 manat.

19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ingilis dilində olan "Anamın kitabı" adlı tamaşasını təqdim edəcək.
Biletlərin qiyməti: 7 - 12 manat.

19:00-da Akademik Milli Dram Teatrında "Xanuma" tamaşası olacaq. 
Biletlərin qiyməti: 7 - 12 manat.
19:00-da Akademik Rus Dram Teatrında "Судьба артиста" ("Artistin taleyi") tamaşası olacaq. Müəllif - Elçin Əfəndiyev, quruluşçu rejissor - İrana Tağızadə.
Biletlərin qiyməti: 15 manat.
19:30-da Marionet Teatrında "Leyli və Məcnun" tamaşası olacaq.
Biletlərin qiyməti: 14 - 19 manat.
20:00-da Kamera və orqan musiqisi zalında "Mystery Ensemble" şam işığında "​Underwater. Ludovico Einaudi..." adlı konsert təqdim edəcək.
Biletlərin qiyməti: 10 - 60 manat.
20:00-da Bakı İdman Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Kamera Orkestrinin müşayiəti ilə Orxan Zeynallının "Buz uşağı" adlı solo konserti olacaq. Konsertin musiqi rəhbəri, baş dirijor - Əyyub Quliyev.
Biletlərin qiyməti: 35 - 60 manat.
20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının konsert salonunda "Jazz Classics Tour" çərçivəsində dünya caz səhnəsinin ulduzu Melvin Trevis Bakıda ilk dəfə çıxış edəcək.
Biletlərin qiyməti: 15 - 60 manat.
5 may
19:00 Azərbaycan dövlət akademik filarmoniyasında görkəmli skripkaçı, müasir musiqi xadimi Gidon Kremer və onun yaratdığı "Kremerata Baltika" kamera orkestrinin konserti olacaq.
Biletlərin qiyməti: 25 - 95 manat.
19:00-da Akademik Milli Dram Teatrında "Dantenin yubileyi" tamaşası olacaq.
Biletlərin qiyməti: 7 - 12 manat.
19:00-da Akademik Rus Dram Teatrında A.P.Çexovun pyesi əsasında qoyulmuş "Albalı bağı" tamaşasını təqdim edəcək. Rejissor - Aleksandr Şarovski.
Biletlərin qiyməti: 25 manat.
19:00-da Gənc Tamaşaçılar Teatrında "Don Rafael trambonçu" (18+) tamaşası nümayiş olacaq.
Biletlərin qiyməti: 8 - 10 manat.
19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Toya bir gün qalmış" tamaşası olacaq. Müəllif - Əli Səmədli, quruluşçu rejissor - Əsgər Əsgərov.
Biletlərin qiyməti: 8 - 15 manat.
19:30-da "Teatr O2"də dramaturq Əjdər Ulduzun eyni adlı əsərinə əsasən qurulmuş "Bəxt adası" adlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor - Əjdər Ulduz, xoreoqraf - Kamilla Hüseynova. Tamaşada iştirak edirlər: Yevgeni Maksimov, Leonid Klyots, Mixail Fomiçov
Biletlərin qiyməti: 20 manat.
20:00-da Heydər Əliyev Sarayında türkiyəli müğənni Çelik konsert proqramı ilə çıxış edəcək.
Biletlərin qiyməti: 20 - 140 manat.
SƏRGİLƏR
Azərbaycan Milli Xalça Muzeyində 30 aprelə qədər Xalq rəssamı Aydın Rəcəbovun "Bir ömrün naxışları" adlı sərgisi keçirilir.
İş saatları: çərşənbə axşamı-cümə 10:00-18:00
şənbə-bazar 11:00-19:00
Giriş: 7 manat.
Müasir İncəsənət Muzeyində 30 aprelə kimi Qəyyur Yunusun "Sağ əlin sərvəti" adlı sərgisi var.
İş saatları: çərşənbə axşamı-bazar 10:00-20:00.
Giriş: 5 manat.
Heydər Əliyev Mərkəzinin daimi sərgiləri var və vaxtaşırı yeni müvəqqəti sərgilər açılır. 
İş saatları: çərşənbə axşamı-cümə - 11:00-19:00
şənbə-bazar - 11:00-18:00.
Giriş: 15 manat.
Azərbaycan Milli İncəsənət Muzeyində Məmməd Mustafayevin "Gizli və aşkar" adlı sərgisi keçirilir.
İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.
Giriş: 7 manat.
Muzey Mərkəzinin Rəsm Qalereyasında Pərviz Abasovun Əliağa Vahidə həsr etdiyi "Biz kimik, məclis onun məclisidir" adlı fərdi sərgisi aprelin 30-na kimi davam edir.
İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.
Sərgiyə giriş sərbəstdir.
Esen Baydemirin sərgisi 29 aprel saat 12:00-da Rəssamlıq Akademiyasının sərgi salonunda açılacaq. Mayın 8-nə kimi davam edəcək.
Giriş sərbəstdir.
Aprelin 30-da İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində İlqar Tahirinin fərdi sərgisi açılacaq.
Giriş sərbəstdir.
KİNO
"CineMastercard"da Qay Ritçinin İkinci Dünya müharibəsi haqqında "Qeyri-Centlmen İşlər Nazirliyi" filmi nümayiş olunur.
Həmin kinoteatrda rejissor Adam Vinqardın çəkdiyi filmi "Qodzilla və Konq: Yeni İmperiya" göstərilir.
"CineMastercard"da həmçinin Qırğızıstanda çəkilmiş "​Cənnət anaların ayaqları altındadır" filminin nümayişinə ev sahibliyi edir. Rejissor - Ruslan Akun.
Kinoteatrın saytında nümayiş vaxtının cədvəli ilə tanış ola bilərsiniz.
Sofiya Frank

Maraqlı       Tarix: 29 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou xəbər az sonxeber.az son xeberler bugun 2026 canli