Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO
Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bu tələbə əməl etməyib. İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyən edilib.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. C.Abdullayev barəsinə 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR