Bakıda danışıldı, Astanada nöqtə qoyula bilər – Əliyevin səfərində 1 milyardlıq hədəf

Bakıda danışıldı, Astanada nöqtə qoyula bilər – Əliyevin səfərində 1 milyardlıq hədəfPrezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana nəzərdə tutulan səfəri ikitərəfli münasibətlərin inkişafı və Türk dövlətləri arasında əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin dəvəti ilə baş tutacaq səfərdə mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir.
Səfər çərçivəsində yüksək səviyyəli danışıqlar, Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının iclası və Azərbaycan–Qazaxıstan Biznes Forumunun keçirilməsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Bakı-Astana münasibətləri iki mənada bir-biri ilə sıx bağlıdır:
"Birincisi, ortaq türk kimliyi iki ölkəyə münasibətləri qardaşlıq müstəvisində davam etdirməyə imkan verir. İkincisi isə qarşılıqlı etimad mühitidir. İki ölkə arasında müxtəlif səviyyəli əməkdaşlığın uzun illər problemsiz davam etməsi Bakı və Astananı bir-birinə yaxınlaşdıran əsas amillərdir. İlham Əliyevin səfəri zamanı əsas müzakirə ediləcək məsələlər regional təhlükəsizlik və iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlıq olacaq.
Hazırda Azərbaycan və Qazaxıstanın ən çox maraq göstərdiyi layihə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Hər iki ölkə bu nəqliyyat qovşağının daha da inkişafında maraqlıdır. Son illər bu marşrut üzrə yükdaşımaların sürəti artsa da, gələcək üçün də mühüm perspektivlər mövcuddur".
Ekspert deyib ki, ki, bununla yanaşı, gömrük sahəsində də əməkdaşlıq barədə razılaşmalar mümkündür:
"Son zamanlar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsi arasında ikitərəfli təmaslar güclənib. Bu ilin aprel ayında Qazaxıstan tərəfinin nümayəndələri Bakıda – Dövlət Gömrük Komitəsində Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu münasibətlər çərçivəsində ölkələrimiz arasında gömrük prosedurlarının sadələşdirilməsi barədə razılıq əldə edilə bilər.
Ümumilikdə, Bakı ilə Astananın ənənəvi enerji (neft və qaz), "yaşıl enerji" və logistika marşrutları üzrə əməkdaşlığı mümkündür. Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Regional risklərin yüksək olmasına baxmayaraq, hər iki ölkənin potensialı bu prosesi həyata keçirməyə imkan verir. O baxımdan Prezident İlham Əliyevin budəfəki Qazaxıstan səfəri həm Türk dünyasında birliyin möhkəmləndirilməsi, həm də iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətlidir".

Siyasi       Tarix: 21 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 son xeber 2026 bugünki xəbərlər axsam.az xeberler