Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti var
70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu məlum olub.
azxeber.com xarici mediaya istinadla xəbər verir ki, müğənninin əsas gəlir mənbəyi onun fərdi sahibkarlıq fəaliyyətidir. Onun şirkətinin fəaliyyət sahələrinə konsertlər, kino, radio, reklam, tərcümə və hətta məhsulların qablaşdırılması daxildir.
Müğənni dövlət səhnələrində fəal çıxış edir. 2024-cü ildə o, ümumi məbləği 5,6 milyon rubl olan üç dövlət müqaviləsi bağlayıb. Bununla yanaşı, Larisa Dolinanın korporativ tədbirdə çıxışının qiyməti 3,5–4,5 milyon rubl arasında dəyişir.
Sənətçinin Moskva vilayətində iki torpaq sahəsi var. Bundan əlavə, onun Xamovnikidə bir mənzili olub — bu mənzil yaxınlarda telefon fırıldaqçıları ilə bağlı qalmaqala səbəb olub.
Dolina həmçinin xaricdə də daşınmaz əmlaka malikdir o, Latviyanın Yurmal şəhərində ümumi dəyəri təxminən 96 milyon rubl olan iki mənzilə sahibdir.
Müğənni Toyota Alphard markalı prestijli avtomobildə hərəkət edir və onun iki şəxsi sürücüsü var.
Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.
Lent.az

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar