"Bakıda hər kəs hər şeyi bilir" - Prezident

"Bizim ABŞ-ylə münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi". 
azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda bildirib.
Dövlət başçısı bildirib ki, bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub:
"Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir. Ona görə bunu gizlətmək çətin olardı. Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq. Xüsusilə də bizim praktiki baxımdan sülhməramlı əməliyyatlarda iştirakımızı nəzərdə tuturam.
Bildiyiniz kimi, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan "Şimal şəbəkə" adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Onlar yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci düzəlişdən danışıram. Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Mən bunu demək olar ki, bütün liderlərə demişəm bir neçə gün öncə Oksfordda - Britaniyada. Çünki onlar hamısı mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirlər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir. Mən təəccüb edirdim ki, onlar hər zaman bütün söhbətlərdə bu məsələni qaldırırlar. Mən heç vaxt Avropa liderləri və ya digər liderlərlə danışığımda bizə, mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə onlara izah etməyə çalışırdım ki, bizim etdiyimiz sizin dəstəklədiyiniz tərəfin hərəkətlərindən heç nə ilə fərqlənmir. Fərq ondan ibarətdir ki, bütün milyardlarına rəğmən, onlar uğursuz oldular, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq. Bunu hərbi və siyasi yolla etdik və dərhal bizə qarşı sanksiya tətbiq edildi. Yəni, bu, çox məyusedici bir haldır. Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni, "Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz", belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq. Yəni, biz həmin o şişirdilmiş gözləntiləri təmin etmək üçün heç bir şey etmədik, heç bir addım atmadıq".

Siyasi       Tarix: 21 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun siyaseti xeberler bugun iqtisadiyyat xeberleri bugun xəbərlər