Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum oldu

Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum olduBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azxeber.com "report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.
Prokurorun yazılı vəsatətində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin, yəni Cinayət Məcəlləsinin 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələrinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edib.
Dövlət ittihamçısının qənaətinə görə, ibtidai istintaq orqanı tərəfindən E.Əlizadənin CM-nin 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə tövsif edilməsi düzgün olunmayıb:
"İstintaq orqanı əsassız olaraq o qənaətə gəlib ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin yaşadığı evə basqın edilməyib, Eynur Əlizadə zərərçəkmiş ilə cinsi əlaqədə olmaq məqsədilə gəlib və qadının ona göstərdiyi 14 700 manat pul vəsaitlərini ələ keçirmək üçün tamah məqsədilə sonuncunu qəsdən öldürüb".
Dövlət ittihamçısının vəsatətinə əsasən, işin faktiki hallarından isə görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş ilə cinsi əlaqədə olmaq məqsədilə onun evinə gəlib. Daha sonra qadının ona göstərdiyi 14 700 manat pul vəsaitini ələ keçirmək məqsədilə zərərçəkmişə hücum edib, quldurluqla ələqədar qəsdən adam öldürmə cinayətini törədib və həmin pulu ələ keçirib:
"Bu halda isə təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrinin əlamətləri mövcuddur".
Vəsatət təmin edilib.
Məhkəmənin qərarı ilə cinayət işinin baxılmasına xitam verilib və E.Əlizadəyə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna qaytarılıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2022-ci ilin yanvar ayının 14-dək uzadılıb.
Qeyd edək ki, mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N. tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğaraq qətlə yetirilib.
Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İttiham aktına əsasən, yüngül həyat tərzi keçirən M.N. hadisə günü tanışı E.Əlizadə ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul edib. Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib. E.Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.

Sosial       Tarix: 18 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler azerbaycan butun xeberler az xeber