Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu

Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutulduBu günlərdə Bakının Nizami rayonunda klip çəkilişi zamanı insident baş verib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ə.Vəliyev küçəsi 7A ünvanındakı çoxmərtəbəli binanın damında baş verib.
Belə ki, saat 22 radələrində gənc müğənni Nemət Mirzəyevin ifa etdiyi mahnıya klip çəkmək üçün çəkiliş qrupu həmin binanın damında səhnə qurub. İşıq və kamera avadanlıqları quraşdırıldıqdan sonra rejissorun dəvət etdiyi texniki çəkilişdə effektivliyin artırılması məqsədilə səhnəyə süni tüstü buraxılıb.
Binanın damında çəkilişin getməsindən xəbərsiz olan sakinlər tüstülənməni görərək təşviş keçiriblər və Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə müraciət ediblər. Bir neçə dəqiqə sonra əraziyə yanğınsöndürmə briqadası və polis əməkdaşları gəliblər. Onlar binanın damına qalxdıqda orada 5 nəfərin səhnə qurub klip çəkdiklərini görüblər.
Damda icazəsiz klip çəkən və sakinlərin narahatlığına səbəb olan şəxslər saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılıb.
Daha sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndəriliblər. Nizami Rayon Məhkəməsinin qərarı ilə müğənni Nemət Mirzəyev, rejissor və digər 3 nəfərin hər biri 100 manat məbləğində cərimə ediliblər və məhkəmə zalından sərbəst buraxılıblar.

Şou Biznes       Tarix: 11 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler en son xeberleri xeber gunun xeberleri