Bakıda lüks avtomobil yandı - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda lüks avtomobil yandı - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda yanan lüks avtomobil söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunda baş verən hadisə zamanı "Ford" markalı avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
12:50
Bakıda minik avtomobilinin yanmasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə "Ford Mustang" markalı avtomobilin yanması, hadisə yerinə polis və yanğınsöndürmə əməkdaşlarının cəlb edilməsi əks olunub.
12:28
Bakıda avtomobil yanır.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.
"Avtomobil yolunda nəqliyyat vasitəsi yanır. Bu səbəbdən də hazırda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var", - məlumatda qeyd edilib.


Könül Cəfərli
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR