Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər

Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlərYay aylarında Bakının daşınmaz əmlak bazarında mövsümi aktivliyin artması, urbanizasiya və tələbə axını ilə əlaqədar mənzil qiymətlərində yüksəliş tendensiyası davam edir.
Qiymətlərin ən çox artdığı və yüksək tələbatın qorunduğu rayonlar aşağıdakılardır:
Hazırda Yasamal və Nərimanov rayonlarında yeni tikililərə və nəqliyyat infrastrukturuna yüksək tələbat səbəbindən həm alqı-satqı, həm də kirayə bazarında qiymət artımına görə ön sıralarda qərarlaşır. Sözügedən rayonlarda mənzillərin 1 kvadratmetrinin ortalama qiymətləri binanın tipindən, yerləşdiyi mikroməkandan və təmir vəziyyətindən asılı olaraq dəyişir.
Yasamal rayonunda kvadratmetrin orta qiyməti 2 000 – 3 200 AZN aralığında təklif olunur. Yeni Yasamal və Dairəvi yol ətrafındakı yaşayış komplekslərində təmirsiz və ya orta təmirli mənzillərin 1 m²-i 1 800 – 2 300 AZN təşkil etdiyi halda, Elmlər Akademiyası, İnşaatçılar və Nizami metrostansiyalarının yaxınlığındakı tam təmirli yeni tikililərdə bu göstərici 2 600 – 3 500 AZN və daha yuxarı hədlərə çatır.
Nərimanov rayonunda qiymətlər bir qədər də mərkəzi statusa malik olduğuna görə daha yüksəkdir və orta hesabla 2 400 – 3 800 AZN aralığında dəyişir. Köhnə layihəli mənzillərdə (Xruşovka, Fransız və s.) kvadratmetr qiyməti 2 200 – 2 700 AZN arasında qərarlaşır. Nərimanov və Gənclik metrostansiyalarının ətrafı, həmçinin Heydər Əliyev prospektinə yaxın premium binalarda isə yeni tikili mənzillərin 1 kvadratmetri 2 800 – 4 000+ AZN aralığında qiymətləndirilir.
Təmirsiz (podmoyak) mənzillər göstərilən orta qiymətlərdən 200 – 400 AZN daha ucuz, tam təmirli və əşyalı mənzillər isə yuxarı həddə yaxın və ya ondan baha təklif edilir.
Ənənəvi olaraq, paytaxt ərazisində ən bahalı mənzil qiymətləri isə Səbail rayonunda, xüsusilə də Neftçilər prospekti və Fəvvarələr meydanı çevrəsidir. Bu ərazilərdə yerləşən binalarda mənzillərin 1 kvadratmetrinin orta qiyməti 9 500 – 9 650 AZN civarındadır.
Konkret yaşayış kompleksləri və rezidensiyalar səviyyəsində götürdükdə isə mərkəzdə yerləşən "Port Baku Residence", "JW Marriott Absheron Residences" və "Gumush Residence" kimi premium layihələrdə kvadratmetr qiymətləri 5 500 – 6 500 AZN arasında dəyişir. Dənizkənarı xüsusi konsepsiyalı binalarda və ya elit rezidensiyalarda (məsələn, "Sea Breeze"in tərkibindəki eksklüziv layihələrdə) 1 kvadratmetrin qiyməti 15 000 – 16 800 AZN-ə qədər yüksələ bilir./Yeni Sabah / azxeber.com

İqtisadiyyat       Tarix: 18 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

ADNSU "THE World University Rankings 2027" reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) THE World University Rankings 2027 reytinqində əsas göstəricilər üzrə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet ümumi göstəricisini əvvəlki illə müqayisəd

Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO

27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublik

Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Hər kəsin planı var: övladının təhsili, ailəliklə uzun illər gözlənilən səyahət, evdə çoxdan başlatmalı olduğun təmir və ya yeni ilə yeni başlanğıc. Bəzən isə o planı gerçəkləşdirməyə cəmi bir addım qalır. Sənin qızılın d

Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. xəbər verir ki. bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin dahada artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinəŞımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyad

Tahir Gözel bu bankın prezidenti oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gözel

"Bir damla qan, min ümidə can" – 4 şəhərdə qanvermə aksiyası keçiriləcək

27 Sentyabr - Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq. xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətini

Oman və Azərbaycan sahibkarları bir araya gəldi – FOTOLAR

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) sədri və Marsol Group arasında görüş baş tutub. xəbər verir ki, görüş çərçivəsində RIYADA-nın sədri Halima Al, Marsol Group və partnyor şirkətləri


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri