Bakıda möhtəşəm "Nine Senses" festivalı keçiriləcək - FOTO

Bakıda möhtəşəm Bakıda möhtəşəm "Nine Senses" festivalı keçiriləcək - FOTO
"Nine Senses" yaradıcılıq və özünüinkişaf mərkəzində "Nine Senses Fest" adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.
Festival ərəfəsində mərkəzdə KİV nümayəndələri ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüş zamanı "Nine Senses"in akademik direktoru və "Nine Senses Fest" beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib.
Bakıda möhtəşəm Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək "Nine Senses Fest" beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.
"Nine Senses Fest" beynəlxalq festivalı "Nine Senses" yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə keçirilir. "Nine Senses Fest" beynəlxalq festivalı ruh, bədən və ağıl ("Spirit, body, mind") istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.
Bakıda möhtəşəm Biz dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət "hedlayner"lərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik", - deyə Natalya Jukova qeyd edib.
Bakıda möhtəşəm O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb:
"Festival üç məkanda keçiriləcək. Festivalın birinci günü, yəni 6 oktyabrda "The Club Port Baku"da, 7-8 oktyabr tarixlərində isə "Nine Senses" yaradıcılıq və incəsənət mərkəzində və "Sea Breeze Resort", həmçinin "SeaBreeze Event Hall"da keçiriləcək".
Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb:
Bakıda möhtəşəm "Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə üç gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz.
Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək üçün "Instagram" səhifəsindən məlumatı ala bilərsiniz.
Hər kəsi festivalda gözləyirik".
Bakıda möhtəşəm Qeyd edək ki, "Nine Senses" festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq.
Bakıda möhtəşəm Onu da xüsusi olaraq bildirək ki, tədbirin dörd "hedlayner"i olacaqdır:
İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalistdir;
Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. "Wu Ming Dao" şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir;
Mətanət Babayeva - psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri;
Nandan Qautam - müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan "CEO Artistic" yoqa məktəbinin ustadı və rəhbəridir. O, ABŞ-də təhsil alıb, "USA Today"də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.
Bildirək ki, əl işlərindən ibarət tematik yarmarka və "Qaranlıqda teatr" adlı musiqili proqram təşkil olunacaq. Festivalın sonunda isə "hedlayner" İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaq.
Festivalın əlaqə nömrələri:
(+99410) 310-02-03;
(+99455) 255-54-12.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 25 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun