Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.
Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan "Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı" (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.
Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi