Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTO

Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOBakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTO
Azərbaycana turist axını getdikcə artır. Bunu rəsmi statistika da sübut edir. Məsələn, bu ilin yanvar-avqust aylarında ölkəyə 2,1 milyondan çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. 
Səyahət etmək üçün ölkəmizi seçənlərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin, hotel və ictimai iaşə obyektlərinin öz işinə daha məsuliyyətli yanaşmasını zəruri edir.
Çünki cəmi bir ziyarətçinin xidmətin səviyyəsi ilə bağlı mənfi rəyi ilə onlarla, tanınmış şəxs olduqda isə yüzlərlə, minlərlə əcnəbini ölkəyə gəlmək istəyindən daşındıra bilər. Əgər həmin ziyarətçi jurnalistdirsə, bu rəyin əhəmiyyəti dəfələrlə artır.
Report-un əldə etdiyi məlumata görə, bu günlərdə rusiyalı jurnalistlər Bakıya səfərləri zamanı qədim şəhərin ab-havasına uyğun yerdə qalmaq üçün İçəri Şəhərdəki hotellərdən birini - "Old City Inn"i seçiblər. Lakin onlar internetdə təqdim olunduğunun əksi olaraq hoteldə pis xidmət və şəraitsizliklə qarşılaşıblar.
Belə ki, turist "Old City İnn" hotelində eyvanın qapısının bağlanmadığını və bunun onun üçün təhlükə yaratdığını, bütün gecə boyu otağının milçəklərlə dolu olduğunu vurğulayıb. Bununla yanaşı, o, yataq dəstinin də çox çirkli olduğunu, ümumiyyətlə, otağın təmizlənmədiyini bildirib.
Turistin sözlərinə görə, otağın hamamının vannasının tüklə dolu olması, kanalizasiyadan isə üfunət iyinin gəlməsi onlarda doğru seçim etmədiklərinə əsas yaradıb. Ziyarətçilər "Old City İnn" otelinin işçilərinin xidməti barədə isə bildirib ki, ütü üçün dörd dəfə müraciət ediblər, lakin bu istək yerinə yetirilməyib, qeydiyyata isə dəfələrlə zəng etsələr də, telefon üzlərinə qapadılıb. 
Gördüklərindən nəticə çıxararaq hoteli dəyişmək istəyi jurnalistlərə baha başa gəlib. Belə ki, hotelin sahibi Şaiq Mütəllimov qalmayacaqları günlərin də ödənişini tələb edib, pulu aldıqda isə heç bir çek təqdim olunmayıb. 
"Report" məsələyə münasibət öyrənmək üçün "Old City İnn" hoteli ilə əlaqə saxlasa da, heç bir tutarlı cavab ala bilməyib, hotel əməkdaşı onlara rəsmi şəkildə məktubla müraciət etməyi tövsiyə edib. Bunu nəzərə alaraq hotel barədə özümüz də internetdə araşdırma aparmağı, onun digər müştərilərinə qarşı necə münasibət göstərdiyini öyrənməyə qərara aldıq. 
Diana Qaliullina adlı turist internet vasitəsilə nömrə bron etsə də, Bakıya gəldikdə həmin oteldə ona nömrənin boş olmadığını bildiriblər, əvəzində bərbad şəraitdə digər hoteli tövsiyə ediblər, müştəri razılaşmayanda isə qalmağa başqa yer axtarmağı bildiriblər. D.Qaliullina yazır ki, hotel rəhbərliyində onların telefon nömrəsi və digər əlaqə vasitələri olsa da, heç bir xəbərdarlıq etmədən bron olunmuş nömrəni digərlərinə satıblar.
Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOHotel sifarişi üzrə ixtisaslaşmış dünya üzrə məşhur booking.com saytında da sözügedən hotellə bağlı xeyli sayda xoşagəlməz rəy var. Belə ki, bu yay nömrə götürən turistlər səhər yeməyinin çox zəif olmasını, yemək verilən beşinci mərtəbədəki terrasa qalxmaq üçün isə liftin işləməməsini qeyd ediblər.
Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTODigərləri isə ödəniş olunması üçün vaxt istədikləri halda, hotel administratorları tərəfindən səhər saat 5 olmasına baxmayaraq, dərhal ödəniş etməli olduqlarını bildiriblər. Ümumiyyətlə, ödənişlə bağlı bir çox ziyarətçilər rəylərdə öz şikayətlərini bölüşüblər. Belə ki, hoteldə qeyri-nağd ödəniş həyata keçirilməsi mümkün olmadığından turistləri kartlarındakı pulları dərhal nağdlaşdırmağa məcbur edirlər. 
Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOMəsələyə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov mövcud problemləri hotellərin lisenziyasız fəaliyyət göstərməsi ilə izah edib:
"2015-ci ildən Azərbaycanda mehmanxana tipli, eləcə də turizm obyektlərinin fəaliyyəti üçün lisenziya tələb olunmur. Odur ki, belə xoşagəlməz hallar yaşanır.
Turist üzləşdiyi problemlərlə bağlı  müraciət etsə belə, nə isə etmək mümkün olmayacaq. Hesab edirəm ki, hotel rəhbərliyi özü bu cür şikayətlərin olmamasına çalışmalıdır". 
Bakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOBakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOBakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOBakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTOBakıda "Old City Inn" hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb - FOTO

Turizm       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar