Bakıda ötür-ötür oyunu davam edir: "İçərisində yaşadığımız halda evimizi uçururlar" - FOTO
Bakıda ötür-ötür oyunu davam edir: "İçərisində yaşadığımız halda evimizi uçururlar" - FOTO
Bakı şəhəri Sabunçu rayonunda evlərin söküntüsü, içərisində yaşayış olmasına rəğmən, davam edir.
Bu məsələ ilə bağlı Oxu.Az-a vətəndaşlar şikayət ediblər.
Sakinlərin sözlərinə görə, içərisində yaşadıqları halda evlərini uçururlar:
"Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən binaları bizə xəbərdarlıq etmədən uçururlar. Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. İçərisində sakin yaşadığı halda ev necə sökülə bilər? Şikayətlərimizə baxan yoxdur. Hər kəs susur".
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı rayonun icra hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, sakinlərin əksəriyyəti köçürülüb:
"Rayonun Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanları kəskin qəzalı binalardır. 2015-ci ildə FHN tərəfindən yararsız olduğuna dair akt verilib. Dövlət tərəfindən kompensasiya ayrılıb. Kompensaiya əsasında vətəndaşlar köçürülürlər.
Hazırda beş-altı sakin qalıb. Onlar da şirkəti gözləyirlər. Yəqin ki, ayın axırına qədər tikinti şirkəti gələcək. Onlarla müqavilə bağlayıb, köçürəcəklər. Kompensasiyanın nə qədər olacağını deyə bilmərik. Bizim səlahiyyətimizdə deyil".


Nəzrin Vahid
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR